Qrup yaradın, şagirdə bir giriş kodu verin. Nəticələr özü yığılır, bal serverdə hesablanır, hansı mövzunun axsadığı hesabatda görünür.
Bil10 hələ hazırlanır (beta). Bu dövrdə bütün imkanlar müəllimlər üçün pulsuzdur; pullu mərhələyə keçəndə əvvəlcədən xəbər veriləcək, açılmış müddət qalacaq.
Qurmaq bir dəfəlik işdir. Sonra hər həftə eyni axınla gedir. Addım-addım bələdçi, ekran şəkilləri ilə →
Şagirdləri əlavə edin. Hər birinə daimi giriş kodu yaranır — WhatsApp ilə bir toxunuşla göndərilir.
Testi seçin, son tarix və cəhd sayı qoyun. Şagird girəndə tapşırığı dərhal görür.
Kim işlədi, kim işləmədi, orta bal nədir, hansı mövzu axsayır — hamısı hazır.
Repetitorun həftəlik vaxtını yeyən işlər.
Öz suallarınızı yazın — fənn, sinif, mövzu və çətinliyə görə. Bir dəfə yazılır, dəfələrlə işlənir.
Doğru cavab şagirdin cihazına heç vaxt getmir. Köçürmək və nəticəni dəyişmək mümkün deyil.
«Vurmada 92%, mətn məsələsində 41%» — dərsi hara yönəldəcəyiniz özü görünür.
Tapşırıq vaxtında bağlanır. Neçə dəfə işləyə biləcəyini siz təyin edirsiniz.
Qrup daxilində sağlam yarış. Şagird tam soyadı görmür — yalnız qısa ad.
Şagird səhv edəndə qaydanı orada görür — hər dəfə sizdən soruşmur.
Qeydiyyat yoxdur, e-poçt yoxdur, ödəniş yoxdur. Şagird müəllimin verdiyi kodu yazır, testi işləyir, nəticəsini görür; valideyn öz kodu ilə uşağının gedişatına baxır. Müəllim üçün başlanğıc pulsuzdur — 5 şagirdə qədər; sonrası abunə paketi ilədir.